İnsanlara hürriyət, millətlərə istiqlal!

“Russia Today”in jurnalisti Krımda poliqonda ölüb

“Russia Today” media qrupunun regional bölməsinin rəhbəri Svetlana Babayeva Krımda hərbi idman atıcılığı ilə təlimlərin keçirildiyi poliqonlardan birində baş vermiş qəza nəticəsində ölüb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Media Holdinqin mətbuat xidməti məlumat yayıb.

“Kor güllə… Sveta, onun enerjisi və həvəsi üçün hamımız çox darıxacağıq…”, - mətbuat xidməti RT-nin baş direktoru Dmitri Kiselyovdan sitat gətirib.

Qeyd edək ki, S.Babayeva 2019-cu ildən RT-nin Krımdakı bölməsinə rəhbərlik edirdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR