İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rusların Türkiyədən Gürcüstana girişinə icazə verilmir”- Baş Konsulluq

“Rusiya vətəndaşlarının Türkiyədən Gürcüstana girişi heç bir əsas gətirilmədən qadağan edilib”.

Azpost.info xəbər verir ki, bu barədə RBC Rusiyanın Trabzondakı Baş Konsulluğunun bəyanatına istinadən yazır.

Diplomatik nümayəndəlikdən bildiriblər ki, Türkiyə-Gürcüstan “Sarpi” avtomobil keçid məntəqəsində sərhədi keçməkdə problemlər müşahidə olunur. Həftə ərzində bir neçə dəfə səyahətçilərdən şikayətlər daxil olur.

“Təəssüf ki, Gürcüstan sərhəd rəsmiləri keçiddən imtinanın səbəblərini izah etmirlər”, – Baş Konsulluq əlavə edib.

Məlumata görə, avqustun sonu ilə müqayisədə Gürcüstana daxil olmaqdan imtina edənlərin sayı azalıb: “O zaman diplomatik missiya demək olar ki, hər gün şikayətlər qeydə alırdı”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR