İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların əsas hücumu buradan olacaq - Sergey Qayday

Düşmən qoşunlarının əsas hücum cəhdləri Luqansk vilayətinin Popasnaya, Rubejnoe və Severodonetsk istiqamətindən olacaq.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib.

"Hələlik ruslar texnika və canlı qüvvə toplayırlar. Amma təyyarələr, qumbaraatanlar, minaatanlar, "Qrad", "Smerç", "Uraqan" kimi reaktiv yaylım atəş sistemləri dayanmır. Ümumiyyətlə hər şeydən atırlar. İrimiqyaslı hücuma qədər hər yeri səhraya çevirmək istəyirlər ki, heç kim müqavimət göstərə bilməsin", - Qayday bildirib.

Onun sözlərinə görə, Rusiya komandanlığı Donbasda hərbi əməliyyata başlamaq üçün 60 min hərbçi gətirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR