İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusların daha bir kənddən geri çəkildiyi deyilir, Ukrayna üçün Mariupol yolu açılır

Rusiyanın hərbiyönlü bloqlarında Rusiya ordusunun Donetsk vilayətinin Urojaynoye kəndindən geri çəkildiyi, həmin kənddə son bir neçə gündür ağır döyüşlərin getdiyi, Ukrayna qüvvələrinin onun şimal hissəsinə daxil olması, barədə xəbərlər gedir.

Musavat.com xəbər verir ki, bu barədə Azadlıq radiosunun Ukrayna xidməti məlumat yayıb.

Vaşinqtonda yerləşən Müharibənin Araşdırılması İnstitununun ekspertlərinin fikrincə,bir gün əvvəl yayımlanan döyüş meydanından çəkilmiş görüntülər Ukraynanın ərazidə irəlilədiyini təsdiqləyir.

Rusiya Müdafiə Nazirliyi isə rus hərbi birliklərinin bir gün əvvəl kəndə hücumu dəf etdiyini açıqlayıb. Geri çəkilmə ilə bağlı rəsmi məlumat yoxdur. Digər rus mənbələri kəndin hələ də Rusiyanın nəzarətində olduğunu iddia edir. Kiyev Urojaynenin ələ keçirilməsi ilə bağlı hələlik şərh verməyib.

Qeyd edək ki, bu kəndin tutulması Berdyansk və Mariupolun işğaldan azad olunması üçün olduqca vacib məntəqə sayılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR