Onlayn ictimai-siyasi qəzet
Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze bildirib ki, Rusiyanın Gürcüstanda heç bir dostu və ya rusiyayönlü siyasi birlikləri yoxdur.
Musavat.com “Svodonaya pressa”ya istinadən xəbər verir ki, o, Rumıniyanın “Adevarul” nəşrinə müsahibəsində deyib: “Bizim Gürcüstanda rəsmi rusiyayönlü mövqe tutacaq partiyalarımız yoxdur, çünki Rusiya Gürcüstan vətəndaşları arasında dostu olmayan dövlətdir”.
Deputat təmsil etdiyi hakim partiyanın “Gürcü Arzusu”nun mümkün rusiyayönlü mövqeyi ilə bağlı suala cavab olaraq Rusiyanı dost dövlət hesab etməkdən imtina edib. Onun sözlərinə görə, Gürcüstanda heç bir siyasi partiya Moskvanın xeyrinə olan siyasəti dəstəkləmir. O, həmçinin Abxaziya və Cənubi Osetiyada rus qoşunlarının olmasını “işğal” adlandırıb. Samxaradze əlavə edib ki, ölkə əhalisinin əksəriyyəti Avropa İttifaqına üzv olmağa çalışır.
Sülh Naminə Həmrəylik Partiyasının siyasi şurasının üzvü Giorgi İremadze deyir: “Gürcüstan hakimiyyəti hesab edir ki, onlar praqmatik siyasət yürüdürlər və bununla da dövlətin maraqlarını qoruyurlar, münaqişələrə qarışmırlar və bunu öz gördükləri kimi edirlər. Rusiyanın Gürcüstan əhalisi arasında çoxlu tərəfdarları və dostları var, bunun sübutu, keçirdiyimiz sosial sorğulardır. Gürcüstan əhalisinin 73%-dən çoxu ölkələrimiz arasında münasibətlərin normallaşmasına, demək olar ki, 80%-i Tiflis və Moskva arasında birbaşa dialoqa dəstək verib. Biz partiya olaraq münasibətləri normallaşdırmaq yollarını axtarırıq və bunu necə edəcəyimizi izah etməyə çalışırıq. Bilməlisiniz ki, bu yolu bizim əcdadlarımız, məsələn, XVIII əsrdə Rusiya imperiyası ilə ittifaqa girən böyük gürcü kralı II İrakli seçib. O zaman vəziyyət çox ağır idi və Gürcüstan Rusiyanın sayəsində bir dövlət kimi ayaqda qaldı”.
“Qərb Rusiya ilə açıq qarşıdurmaya getməkdən imtina etdiyinə görə Gürcüstan hakimiyyətinə daim hücum edir. Nə vaxta qədər belə tarazlıq saxlaya bilərlər” sualına gəlincə, Giorgi İremadze hesab edir ki, “Gürcü Arzusu”nun praqmatik siyasəti Gürcüstanda sülhün və sabitliyin qorunmasına yönəlib – elə manevrlər edir ki, ölkə daxilində nəzarəti itirməsin, digər tərəfdən isə Vaşinqton və ya Brüsselin gürcü hakimiyyətindən Tbilisi üçün fəlakətli “ikinci cəbhə” açmasını tələb edən siyasətinin qurbanına çevrilməsin.
“Gürcüstanda açıq-aşkar rusiyayönlü qüvvələr yoxdur. Qeyd etmək lazımdır ki, gürcü cəmiyyətində ruslara münasibət kifayət qədər loyal və yaxşıdır. Amma gürcülər, həm “Gürcü arzusu”nun tərəfdarları, həm də onun əleyhdarları, bir qayda olaraq, rusları rus gücündən, Rusiya dövlətindən ayırırlar. Yəni ruslara münasibət kifayət qədər normaldır, amma heç kim Kremllə iş görmək istəmir”. Politoloq Andrey İvanov “Svobodnaya pressa”ya belə deyib. Onun sözlərinə görə, Bu gün Gürcüstanda mövcud olan heç bir siyasi qüvvə Rusiya Federasiyası ilə dostluq münasibətləri qurmaq niyyətində olduğunu açıq şəkildə bəyan edə bilməz: “Qarşılıqlı faydalı ticarət müqavilələri var, turist axını var. Və ümumiyyətlə, Gürcüstanın siyasi isteblişmentinin və gürcü cəmiyyətinin əksəriyyəti bunu qoruyub inkişaf etdirməyə, Rusiyaya Borjomi və gürcü şərabını tədarük etməyə, bundan pul qazanmağa, rus turistləri qəbul etməyə hazırdır. Amma açıq şəkildə desək ki, biz rusiyapərəst partiyayıq, yox, təbii ki, heç kim buna cürət edə bilməz” deyə, politoloq bildirib.
Politoloq hesab edir ki, Rusiyaya münasibətdə bunca çəkincəliyi səbəbi heç də Abxaziya və Cənubi Osetiyanın işğalı faktı deyil: “Əslində, Gürcüstan cəmiyyəti Abxaziya və Cənubi Osetiyanın itirilməsi ilə çoxdan barışıb. İnsanlar çox gözəl başa düşürlər ki, bu əraziləri geri qaytarmaq olmaz və ümumiyyətlə, onlara ehtiyac yoxdur. Orada fərqli qaydalar var, etnik cəhətdən fərqli əhali var, orada insanlar tamam başqa qaydalarla yaşayır və hüquqi aspektdən danışsaq, o zaman Abxaziya və Cənubi Osetiya Rusiyanın yaxın müttəfiqləridir, burada rus sərhədçiləri, Rusiya gömrükçüləri yerləşir, Rusiya təhlükəsizlik qüvvələrinin fəaliyyət göstərdiyi yerlər, qanunlar əsasən Rusiyadan köçürülür. Gürcüstan cəmiyyəti və gürcü siyasətçiləri buna kifayət qədər loyal və normal yanaşırlar”.
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ