İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar üçün Türkiyədə tətil xərcləri 70 faiz artıb

Rusiyalı turistlər üçün Türkiyəyə səyahət qiymətləri 20 faizdən 70 faizə qalxıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Səyahət Agentlikləri Alyansının (SAA) icraçı direktoru Nataliya Osipova bildirib.

Ekspert qeyd edib ki, rusların sevimli kurortunda istirahət qiymətlərinin artması ölkədə inflyasiya, dollar və avronun kəskin bahalaşması, eləcə də uçuşların qiymətinin artması ilə bağlıdır. O, payıza qədər qiymətlərin aşağı düşəcəyinə ümid etdiyini bildirib.

Eyni zamanda, SAA nümayəndəsinin sözlərinə görə, yerli səyahətçilər hələ də Türkiyəyə istirahətə gedirlər. Pula qənaət etmək üçün səyahət vaxtlarını qısaldır və aşağı səviyyəli otelləri seçirlər.

Bundan əlavə, Osipova vurğulayıb ki, turistlərin hələ də erkən rezervasiya mərhələsində pula qənaət etmək imkanı var. Bununla belə, "yanan turları" gözləməyə ehtiyac yoxdur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR