İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Türkiyədə oteldə yox, aldıqları evlərdə qalır – Turizmə zərbə

Türkiyənin statistika təşkilatı – TÜİK ikinci rübün turizm statistikasını açıqladıqdan sonra mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da ilin ilk 6 ayının məlumatlarını açıqlayıb.

Musavat.com Türkiyə mediasına istinadn xəbər verir ki, turizm gəlirlərinin ilin ilk 6 ayında yüzdə 27 fazi artaraq 21 milyard 734 milyon 366 min dollara çatdığını ifadə edən Ersoy deyib: “2022-ci ilin ilk altı ayını 19 milyon 530 min ziyarətçi ilə qapatmışdıq, 2023-cü ilin 6 ayını isə 22 milyon 945 min ziyarətçi ilə bağladıq. Yəni ilin ilk 6 ayında 17,5 faiz artım olub”.

Yüksək gəlirli bölgələrdə otellərin dolmasına dair nisbətlərin proqnozların altında olduğunu ifadə edən Ersoy deyib ki, rusların oteldə yerləşmək əvəzinə Türkiyədə aldıqları rezidensiyalarda qalması və bu məkanları başqa turistlərə də kirayəyə verməsi otelçilik sektoruna təsir edib.

Türkiyədəki turizm bölgələrinə yaxşı bələd olan insanların dediyinə görə, son illərdə Antalya, Bodrum, Kuşadası və Alanya regionunda ruslar çoxlu evlər və kotteclər alıblar və turistik şəhərlərə yerləşiblər. Onlardan başqa, Almaniya və Hollandiyadan gələrək Türkiyədə daşınmaz əmlak alanlar və artıq turist kimi qısa müddət yox, bölgə sakinləri kimi uzun aylar boyunca orada yaşayanlar çoxdur.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR