İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar TƏŞVİŞDƏ - 2,2 dəfə artıb

2022-ci ilin sonunda rusların ümumi narahatlıq indeksi əvvəlki illə müqayisədə 2,2 dəfə artıb. Əsas səbəb Ukraynadakı müharibədir.

Musavat.com xəbər verir ki, bu barədə KROS agentliyinin hesabatında deyilir.

Mütəxəssislər öz araşdırmalarında Rusiyanın regionlarında media və sosial şəbəkələrin gündəmini təhlil ediblər. Məlum olub ki, rusları ən çox Ukraynadakı müharibə və onunla əlaqəli mövzular narahat edir. Buraya Qərblə münaqişənin gərginləşməsi, nüvə silahından mümkün istifadə, diversiyalar və hərbi əməliyyatların Rusiya ərazisinə keçməsi daxildir.

83 regionda bu mövzular ilk üçlükdə yer alıb, 70-də isə birinci yerdə qərarlaşıb. Yalnız ikisində - Mordoviya və Yakutiyada inflyasiya və meşə yanğınları məsələsi önə çıxıb.

Təşvişdoğurucu digər səbəblər arasında xarici brendlərin Rusiya bazarından çıxarılması, məşhurların Rusiyadan getməsi, eləcə də maliyyə fırıldaqları, ekoloji problemlər, xaricə səyahətlərin məhdudlaşdırılması da yer alıb.

Koronavirus infeksiyası və “meymunçiçəyi” kimi epidemioloji məsələlər rusları daha az həyəcanlandırır. Halbuki bu mövzular ötən il demək olar ki, bütün regionlarda lider mövqedə olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR