İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar məğlub oldu, İlan adasından çıxdı, partlayış səsləri... - Hərbi analitiklə CANLI

Rusiya qoşunları Ukraynanın İlan adasını tərk edib. Bu barədə Ukraynanın “Cənub” əməliyyat komandanlığı məlumat yayıb. “Gecə saatlarında raket və artilleriya bölmələrimizin uğurlu hərbi əməliyyatı nəticəsində düşmən iki sürətli qayıqla qarnizonun qalıqlarını tələm-tələsik təxliyə edib və ehtimal ki, adanı tərk edib. Hazırda adada yanğındır və partlayış səsləri eşidilir. Əməliyyatın yekun nəticələri araşdırılır”, – komandanlıq bildirib.

“Bu gün xoşməramlı addım olaraq Rusiya hərbçiləri İlan adasında tapşırıqları yerinə yetirib və orada yerləşən qarnizonu geri çəkiblər”. Bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

Həmçinin Rusiya Müdafiə Nazirliyi bu addımı onunla izah edib ki, Rusiya BMT-nin kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz təşkil etmək səylərinə mane olmur.

“Bu qərar Kiyevə Rusiyanın Qara dənizin şimal-qərb hissəsinə tam nəzarəti səbəbindən taxıl ixracının mümkünsüzlüyünə istinad edərək, yaxınlaşan ərzaq böhranı mövzusunda spekulyasiya etməyə imkan verməyəcək”, - Müdafiə Nazirliyi bildirib.

TVMusavat-ın saat 15:00-da “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu hərbi ekspert Ramil Məmmədli və politoloq Murad Sadəddinovla Ukrayna və Qarabağ mövzularını müzakirə edir.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR