İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Gürcüstana 2 milyard dollardan çox pul köçürüblər

2022-ci ildə ruslar Gürcüstana 2 milyard dollardan çox pul köçürüb, ümumilikdə ölkə xaricdən 4,3 milyard dollar alıb.

Musavat.com xəbər verir ki, Gürcüstan Milli Bankında belə bir məlumat əks olunub.

Beləliklə, Gürcüstana pul köçürmələrinin həcminə görə Rusiya birinci yerə çıxıb. İkinci yerdə İtaliya (431,6 milyon dollar), üçüncü yerdə ABŞ (326,3 milyon dollar) qərarlaşıb. 2021-ci ildə Gürcüstan Rusiyadan 411,4 milyon dollar alıb. Bununla şimal ölkəsindən gələn vəsait axınının təxminən 5 dəfə artdığı görünür.

Bundan əlavə, Gürcüstan Ədliyyə Nazirliyinin məlumatına görə, 2022-ci ildə 12 000-dən çox Rusiya vətəndaşı Gürcüstanda 15 000 daşınmaz əmlak obyekti - əsasən yaşayış mənzilləri və ev alıb. Bir il əvvələ qədər təxminən 4000 rus Gürcüstanda mülkiyyət hüququnu qeydiyyatdan keçiribmiş.

Ötən il ruslar Dubayda da daşınmaz əmlakın əsas alıcısına çevrilib. “Betterhomes” analitiklərinin fikrincə, ruslar əvvəllər Dubay bazarında azlıq təşkil ediblər, lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri mənzilə tələbat kəskin şəkildə artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR