Onlayn ictimai-siyasi qəzet
Mayın 16-da, yerli vaxtla saat 03:30 radələrində Ukraynaya məxsus "F-16" təyyarəsi ilə əlaqə kəsilib.
Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Ukrayna qırıcısı rusların hava hücumunun qarşısını almaq üçün döyüş tapşırığı yerinə yetirirmiş.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, pilot üç hava hədəfini məhv edib və dördüncü hədəfə qarşı aviasiya topundan istifadə edərkən təyyarədə texniki nasazlıq baş verib.
“Məlumata görə, pilot təyyarəni yaşayış məntəqəsindən kənara yönəldərək uğurla katapult edib,” – deyə açıqlamada bildirilir.
Hərbi Hava Qüvvələri əlavə edib ki, pilotun vəziyyəti yaxşıdır. Axtarış-xilasetmə qrupunun operativ fəaliyyəti nəticəsində o, tez bir zamanda tapılaraq təxliyə olunub.
Musavat.com
16 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ