İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar ən çox bu ölkələrdə daşınmaz əmlak ALIR

2023-cü ilin birinci yarısında rusların xaricdə daşınmaz əmlaka tələbi ən aktiv şəkildə Tailand, İndoneziya və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) artıb.

2023-cü ilin birinci yarısında Tailandda daşınmaz əmlak almaq üçün müraciət edən rusların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 72,4%, İndoneziyada 47,1%, BƏƏ-də 32,0% artıb.

Həmçinin ilk 5 ölkəyə Gürcüstan (15,0%) və Yunanıstan da (7,8%) daxildir.

Qeyd olunub ki, Tailandda daşınmaz əmlaka tələbin artmasına təkcə siyasi vəziyyət fonunda dəyişikliklər deyil, həm də ümumi bazar tendensiyası kömək edir. İndoneziyada isə rusların tələbatı əsasən Bali adasının kurort yerlərində cəmlənir, burada alıcıların əksəriyyəti (63%) istirahət və kirayə üçün obyektləri seçir.

Bildirilib ki, körfəz regionunda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) daşınmaz əmlaka xarici investisiyaların cəlb edilməsində lider olaraq qalır. (Konkret.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR