Onlayn ictimai-siyasi qəzet
Misirdə rusiyalı turistlər arasında "rotavirus" yayılır.
Virus Misir kurortlarının birində aşkarlanıb.
Rusların Makadi kurortuna gəldikdən 3-5 gün sonra xəstəliyin simptomlarından əziyyət çəkməyə başladığı bildirilir.
Qeyd olunur ki, bu müddətdən sonra onlar huşunu itirirlər və ürəkbulanma, qusma, ishaldan şikayətlənirlər. Bəzi xəstələrə artıq "rotavirus" diaqnozu qoyulub. İstirahət edənlərin dediyinə görə, sudan dəhşətli qoxu gəlir ki, bu da xəstəliyin sudan qaynaqlandığına işarə edir.
"Rotavirus" epidemiyası artıq hakimiyyətin diqqətini cəlb edib. Həkimlərlə birlikdə nümayəndə heyəti Makadidəki otellərdən birinə gəlib. Bundan sonra işçilər birdəfəlik əlcəklərdə işləməyə başlayıblar. (Publika.az)
19 Mart 2025
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ