İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar ağır itki verib, geri çəkildi

Son iki gündə Luqansk vilayətində rus işğalçıları böyük itki veriblər.

Axar.az xəbər verir ki, bunu Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.

“İşğalçılar Kremennoy və Svatov istiqamətlərində hücuma keçməyə çalışdılar. Lakin hər iki hücum uğursuz oldu. Xüsusilə Kremennoy istiqamətində hücumlar əhəmiyyətli dərəcədə çox idi. Bu istiqamətdə ruslar çoxlu sayda tank və piyadalarla hücuma keçdilər. Ağır döyüş oldu. Rusların döyüş meydanında çoxlu sayda tankı qaldı, onlar artıq döyüş tapşırıqlarını yerinə yetirməyə qadir deyillər. Hücum alınmadı, ona görə də vəziyyət stabilləşib, hər şey normaldır”, - Qayday bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR