Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya hökuməti Rusiyanın “kölgə donanması”na məxsus 100 neft tankerini qara siyahıya salacaq.
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, onlar Rusiya neftinin satışına qoyulan məhdudiyyətlərdən yayınmaq üçün istifadə edilir.
Bildirilir ki, sanksiya barədə məlumatı Böyük Britaniyanın baş naziri Keir Starmer mayın 9-da Osloda keçiriləcək Avropa Müdafiə Sammitində açıqlayacaq.
Financial Times-ın məlumatına görə, Avropa İttifaqı da öz növbəsində 17-ci sanksiyalar paketinə kölgə donanmasına daxil olan 149 neft tankerini sanksiya siyahısına daxil etməyi planlaşdırır. Bundan əvvəl fevralda Aİ 180 tankerə qarşı belə addım atıb.
Musavat.com
13 Iyul 2025
12 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ