İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya PUA hücumu ilə bağlı SON DƏQİQƏ: Xəsarət alanların sayı AÇIQLANDI - FOTO, VİDEO

Moskva vilayətində Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) hücumundan sonra 20 nəfər xəsarət alıb, 2 nəfər həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə “Baza” telegram kanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, yaralananlardan 3-ü uşaqdır.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirir ki, bu dəqiqəyə qədər qurbanların maksimum sayı və ən böyük ziyan Moskva vilayətinin üç bələdiyyəsində qeydə alınıb.

Lenninsk şəhər dairəsində 6 nəfər, o cümlədən 4 yaşlı uşaq PUA-nın dağıntıları nəticəsində yaralanıb. Onlar yüngül yaralar alıblar, həyatları üçün təhlükə yoxdur, həkimlər onlara kömək edirlər.

Moskva yaxınlığında səhər saatlarında pilotsuz təyyarənin hücumu zamanı bir nəfər PUA-nı tapança ilə vurub. Pilotsuz təyyarə tarlaya düşüb.

@@TVmusavat/110343@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR