İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya milyonluq ordu azlıq edir-daha yarım milyon lazımdır

 

Rusiya Federasiyası müdafiə naziri Şoyqu orduya çağırış yaşının mərhələli şəkildə 18-dən 21-ə, yaş həddinin isə 30-a artırılmasının vacibliyini açıqlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə  Sergey Şoyqu Müdafiə Nazirliyinin Putinin sədrliyi ilə keçirilən kollegiya iclasında deyib.

O həmçinin bildirib ki, Silahlı Qüvvələrin sayı 1,5 milyon nəfərə çatdırılmalıdır. Bundan əlavə, Müdafiə Nazirliyinin rəhbərliyi səfərbərliklə bağlı rəqəmləri açıqlayıb:

 Onun sözlərinə görə, səfərbərlik çərçivəsində lazımi 300 min insan artıq orduya çağırılıb, 20 mindən çox şəxs müharibəyə könüllü olaraq qatılıb.

Şoyqu səfərbərliyin bütün gedişatını “müəyyən çətinliklər” ifadəsi ilə təsvir edib. Onun sözlərinə görə, buna səbəb İkinci Dünya Müharibəsindən bununla bağlı hər hansı təcrübənin olmadığıdır.

İclasda diqqət çəkən məqamlardan biri də Rusiya Pravoslav Kilsəsinin patriarxı Kirillin orada iştirak etməsi olub.


Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR