İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya daha bir ZƏRBƏ

Dağıstandan olan 136-cı motoatıcı briqadanın müqaviləli əsgərləri Ukraynada döyüşməkdən imtina edərək bölmənin Buynakskdakı daimi dislokasiya məntəqəsinə qayıdıblar.

Musavat.com xəbər verir ki, bu barədə "Kavkaz.Realii" saytı məlumat yayıb.

Sayt əməkdaşları xidmətdən qovulmasından şikayət edən hərbçi Zaur Batırxanovun inzibati işinin materiallarını gözdən keçirib. Həmin şəxs 2022-ci ilin mart ayının əvvəlində cəbhəyə yola salınıb. Yükləmə-boşaltma işləri zamanı Batırxanov özünü pis hiss edib, ona tibbi yardım göstərilməyib.

Komandanlığın təqdim etdiyi sənədlərdə deyilir ki, Zaur Batırxanov və onun bir neçə həmkarı xüsusi tapşırıqları yerinə yetirmək üçün ezamiyyətdə olarkən cəmləşmə bölgəsində atəş mövqeyi tutmaq əmrinə tabe olmaqdan boyun qaçırıblar. Geri qaytarılan əsgərlərin dəqiq sayı göstərilmir.

Batırxanova qarşı kobud intizam xətasına dair protokol tərtib edilib, o, hərbi xidmətdən xaric edilib. Mahaçqala qarnizonu hərbi məhkəməsi vaxtından əvvəl işdən çıxarılma barədə qərarı qüvvədə saxlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR