İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyaya casusluq etməkdə şübhəli bilinən 3 nəfər həbs edildi

Böyük Britaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən 3 Bolqarıstan vətəndaşı həbs edilib.

Musavat.com xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

İşə Londondakı Old Beyli Mərkəzi Cinayət Məhkəməsində baxılır. İlk iclas 2024-cü ilin yanvarına planlaşdırılıb.

BBC-nin məlumatına görə, 45 yaşlı Orlin Russev, 41 yaşlı Bizer Cambazov və 31 yaşlı Katrin İvanova uzun müddət Böyük Britaniyada yaşayıblar.

İstintaqın məlumatına görə, saxlanılan şəxslərdə Böyük Britaniya, Bolqarıstan, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Sloveniya, Yunanıstan və Çexiya pasportları olduğu müəyyən edilib.

Orlin Russev 2009-cu ildən Böyük Britaniyada yaşayır. O, maliyyə xidmətləri sənayesində çalışıb və Rusiyada da biznesi olub. LinkedIn platformasındakı profilində o, siqnal ələ keçirən şirkətin sahibi olduğunu bildirir. Russev vaxtilə Bolqarıstanın Energetika Nazirliyində məsləhətçi vəzifəsində çalışdığını iddia edib.

Qonşuların dediyinə görə, Bizer Cambazov və Katrin İvanova cütlük olublar. Cambazov xəstəxanada sürücü işləyib. İvanova isə özəl klinikada laborant kimi çalışırmış. BBC cütlüyün hələ 10 il əvvəl İngiltərəyə köçdüyünü təsbit edib. Bir müddət sonra Cambazov və İvanova adaya köçən bolqarlara Britaniya cəmiyyətinin qaydaları ilə tanış olmaqda kömək edən təşkilat da yaradıblar. Bu təşkilatın əslində kəşfiyyat rezidenturası rolunu oynadığı güman olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR