İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın yeni prezidenti xokkeyçi ola bilər

Amerikadan Putinlə bağlı iddialar

Şimali amerikalı jurnalist Duqlas MakKinnon “Vaşinqton Kapitals” klubunun hücumçusu və kapitanı Aleksandr Oveçkinin Rusiya prezidenti ola biləcəyi barədə fikir bildirib.

Publika.az xəbər verir ki, Duqlas bu barədə “Fox News”dakı məqaləsində bildirib.

“Oveçkin yəqin ki, NHL-də oynamış ən yaxşı beş xokkeyçidən biridir. Oveçkinin həyatını və karyerasını izləyən hər kəs onun xarakterli bir insan olduğunu bilir. O, böyük ər, ata, dost, komanda yoldaşı və səxavətli xeyriyyəçi kimi tanınır.

O, həm də vətəni Rusiyaya və onun xalqına sevgisi ilə tanınır. Gözlənildiyi kimi, Oveçkinin şöhrəti, xarizması və şəxsi alicənablığı onu Rusiyada sevimli şəxs edib.

Mən Rusiya mənzərəsinə Putinin nə vaxtsa kənara çəkiləcəyi anlayışı ilə baxıram. Bəs onda nə olacaq? Belə nəhəng boşluğu kim doldura bilər? Siyasəti həqiqətən kifayət qədər dərindən dərk edən bir şəxs kimi deyə bilərəm ki, Aleksandr Oveçkin bir çox meyarlara cavab verir. Heç vaxt heç vaxt demə", - deyə MakKinnon yazıb.

Bu iddialar nə dərəcədə əsaslı ola bilər? Putinin hakimiyyətdən getməsi nə dərəcədə realdır? Əgər nəzəri cəhətdən hesab etsək ki, gedir, yerinə xokkeyçini gətirməsi və ya xokkeyçinin gəlməsi mümkünmü? Putinin iradəsi olmadan kiminsə Rusiyada onu əvəz etməsi inandırıcıdırmı?

Azərbaycanın güclü orduya malik olması bir şərtdir - İlyas Hüseynov (ÖZƏL)  - TurkicWorld

 İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov “Yeni Müsavat”a bildirdi ki, ABŞ-da Rusiyanın gələcəyi və onun prezidenti ilə bağlı müxtəlif iddialar zaman-zaman səslənməkdədir. Amma sosial şəbəkələrdə, həm də Rusiya ictimai rəyində görürük ki, həmrəylik prezidentin ətrafındadır. Prezident Putinə müsbət reaksiyalar Rusiya cəmiyyətində daha yüksəkdir: “Qərb Rusiyaya sanksiyaları tətbiq edəndə hesab edirdi ki, Rusiyada xalq hakimiyyətə qarşı ayağa qalxacaq, ordu prezidenti devirəcək və ölkədə anarxiya hökm sürəcək, nəticədə Amerika istədiyi namizədi Rusiyanın rəhbərliyinə gətirərək istəyinə nail olacaq, dünyanın ərazicə ən böyük dövləti ABŞ-ın tabeliyinə keçəcək. Ancaq ABŞ-ın bu hesablaması baş tutmadı. İndi ABŞ-da Rusiyada Putinin hakimiyyətdən gedəcəyi və yerinə hokkeyçi Aleksandr Oveçkinin gələ biləcəyi versiyası dövriyyəyə buraxılır. Düşünmürəm ki, siyasətdə heç bir uğur qazanmamış, yalnız xalqını, vətənini sevən xeyriyyəçi bir xokkeyçini Rusiya ictimai rəyi ölkənin prezidenti kimi qəbul etsin. Rusiya kimi nəhəng dövlət siyasətdə yetişməyən xokkeyçilərin idarə edib ayaq üstə saxlaya biləcəyi dövlət deyil. Bunu rus cəmiyyəti daha yaxşı bilir. Rusiyanın siyasi dairələri, hərbi dairələri, təhlükəsizlik xidməti də bu variantı həzm etməz.

Məsələnin başqa bir tərəfi isə Vladimir Putinin hakimiyyətdən getmək fikrində olub-olmadığı barədə suala "fikri yoxdur və niyə də olsun" cavabının üstünlük təşkil etməsidir. Vladimir Putin hakimiyyətdən getmək niyyətində olduğunu hətta sezdirməyibsə, onun gedəcəyindən və yerinə kimisə gətirəcəyindən danışmaq da yanlışdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR