İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Ukraynada döyüşən “Mərkəz” ordu qrupunun komandiri vəzifəsindən uzaqlaşdırıldı

Ukraynaya qarşı müharibədə Rusiya qoşunlarının “Mərkəz” qruplaşmasının komandiri, general-polkovnik Aleksandr Lapin tutduğu vəzifədən uzaqlaşdırılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Meduza” saytı məlumat yayıb.

Gələn informasiyalara əsasən, rus generalı son vaxtlar Çeçenistan rəhbəri Ramzan Kadırov fəal şəkildə tənqid edib: oktyabrın əvvəlində o, generalı Liman şəhərini təslim etməkdə günahlandırıb və onu “fərsiz” adlandırıb. Kadırovun sözlərinə görə, müdafiənin bu sektoruna cavabdeh olan general Lapin Luqansk vilayətindən gətirilən qoşunları lazımi vasitələrlə təmin etməyib və hətta Luqanskda “gizlənib”.

İki gün əvvəl isə Ramzan Kadırov Donetsk vilayətinin şimalında Ukrayna Silahlı qüvvələrinin cəbhə xəttini yarmasının məsuliyyətini də general Lapinin üzərinə qoyub. Həmçinin, Çeçenistan rəhbəri Lapinin Lisiçansk şəhərinin işğalında xidmətlərini şübhə altına alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR