İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Tula vilayətində bütün kütləvi tədbirlər ləğv edilib

Rusiyanın Tula vilayətində bütün kütləvi tədbirlər müvəqqəti olaraq ləğv edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatorluğundan bildirilib.

Xatırladaq ki, “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin bəyan edib ki, Rusiya hərbçiləri “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirib, bir çox döyüşçü ölüb: "Bu vəhşiliyə necə cavab verəcəyimizə qərar verəcəyik. Növbəti addım bizimdir".

Bundan sonra Rusiya Federal Təhlükəsizlik Xidməti Yevgeni Priqojinə qarşı silahlı üsyana təhrik faktı üzrə cinayət işi açıb. Rusiya Federasiyasının Baş Prokurorluğu bildirib ki, Priqojinin əməllərinə lazımi hüquqi qiymət veriləcək. Müdafiə Nazirliyi isə “Vaqner”in arxa düşərgələrinə zərbə endirilməsi ilə bağlı iddiaları yalan məlumat adlandırıb. Nazirlik eyni zamanda “Vaqner” döyüşçülərinə müraciət edib, silahı yerə qoymağa çağırıb.

Rusiya prezidenti Vladimir Putin “Vaqner” döyüşçülərinə müraciət və xəbərdarlıq edib, dövlət başçısı “vaqner”çiləri kriminal fəaliyyətlərini dayandırmağa çağırıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR