İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın taxıl ixracı 2 dəfədən çox azalıb

Cari il fevralın ortalarına qədər Rusiyanın taxıl ixracı 39,8 milyon ton olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə azdır.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumatı Rusiya Taxıl İttifaqının prezidenti Arkadi Zloçevski mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, bu dövrdə buğda ixracı 32 milyon tondan bir qədər çox olub.

Fevralın 15-dən buğda ixracı üçün nəzərdə tutulmuş 10,6 milyon ton həcmində kvotanın qüvvəyə mindiyini xatırladan Zloçevski bildirib ki, hazırkı ixrac sürəti ilə limitdən tam istifadə olunmaya bilər. Eyni zamanda o, Kənd Təsərrüfatı Nazirliyinin cari mövsümdə 57 milyon ton taxıl ixracı proqnozunu şübhə altına alıb.

Onun sözlərinə görə, hətta buğda kvotasının tam ixrac olunması nəzərə alınmaqla, mövsümün sonuna ümumilikdə taxıl ixracı 12 milyon tondan bir qədər artıq ola bilər. Beləliklə, mövsümün sonuna ixrac 52 milyon tona ancaq çatacaq.

Zloçevskinin sözlərinə görə, taxılın hazırkı qiymətləri ilə ixrac əməliyyatları rentabelsiz olub: "Yayda ölkə daxilində taxılın dollarla ifadəsində qiyməti 1 ton üçün 120-135 dollar olub. İndi hazırkı məzənnə ilə 180 dolları ötüb. Rublun məzənnəsi ilə əlaqədar rüsum bir qədər azalacaq, amma yenə də 3000 rubldan çox olacaq. Eyni zamanda dünya qiymətləri orta dərəcədən aşağı səviyyədə qalır – 1 ton üçün 245 dollar marja yaratmağa kifayət etmir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR