Onlayn ictimai-siyasi qəzet
Monteneqro hakimiyyəti bu gün Türkiyə vətəndaşları üçün vizasız rejimi sürətləndirilmiş şəkildə ləğv edəcək.
Musavat.com xəbər verir ki, məlumatı baş nazir Milojko Spayiç feysbuk səhifəsində açıqlayıb.
Onun sözlərinə görə, qərara Podqoritsada yerli vətəndaşın türk tərəfindən bıçaqlanması hadisəsindən sonra gəlinib:
"Biz təcili olaraq Türkiyə vətəndaşları üçün vizasız rejimi müvəqqəti ləğv etmək qərarına gələcəyik. Qarşıdakı dövrdə iqtisadi fəaliyyəti və ikitərəfli münasibətləri qorumaq üçün yaxşı əməkdaşlıq və müttəfiqlik ruhunda qarşılıqlı maraqlara cavab verən optimal model tapmaq üçün Türkiyə Respublikası ilə intensiv danışıqlara başlayacağıq".
Qeyd edək ki, oktyabrın 26-sı axşamı Monteneqro polisi Podqoritsa sakinini bıçaqladığına görə iki Türkiyə vətəndaşını həbs edib. Hadisədən sonra ərazidə bir neçə yüz nəfər toplaşaraq immiqrantlar əleyhinə şüarlar səsləndirib. Hüquq-mühafizə orqanları daha sonra digər cinayətlərə görə 45 Türkiyə vətəndaşını həbs edib.
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ