Onlayn ictimai-siyasi qəzet
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bu il Moskvada keçiriləcək MDB (Müstəqil Dövlətlər Birliyi) ölkələrinin Təhlükəsizlik Şuraları rəhbərlərinin toplantısında iştirak edəcək.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Son üç ildə ilk dəfədir ki, Ermənistan belə yüksək səviyyəli təhlükəsizlik formatında Rusiyaya nümayəndə göndərir. Erməni KİV-lərinin məlumatına əsasən, qərar Baş nazir Nikol Paşinyan tərəfindən verilib.
Bıs bu addım niyə diqqət çəkir?
Ermənistan son illər Rusiyadan uzaqlaşaraq Qərbə inteqrasiya kursuna yönəlmişdi. Bundan başqa, bir çox MDB və KTMT tədbirlərində iştirakdan imtina etmişdi.
İndi isə İrəvanın bu addımı Moskva ilə dialoqa qayıdış siqnalı kimi qiymətləndirilir. Toplantıda regional təhlükəsizlik, Ermənistan-Rusiya münasibətləri və post-münaqişə vəziyyəti kimi məsələlərin müzakirə olunacağı gözlənilir.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ