Onlayn ictimai-siyasi qəzet
Almaniyanın məşhur avtomobil istehsalçısı Porsche ciddi maliyyə çətinlikləri ilə üzləşib.
Musavat.com xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, şirkət üçüncü rübün nəticələrinə əsasən 600 milyon avrodan çox zərər göstərəcək. Halbuki ötən il bu dövrdə Porsche təxminən 1 milyard avro mənfəət əldə etmişdi.
Ekspertlər bildirirlər ki, böhranın əsas səbəbləri Çində satışların kəskin azalması, ABŞ-ın tətbiq etdiyi yeni gömrük rüsumları və elektromobil istehsalındakı gecikmələrdir. Bu amillər şirkətə ümumilikdə 1,8 milyard avroya qədər itki gətirib.
Məlumata görə, son doqquz ayda Porsche Çində cəmi 32 min avtomobil sata bilib — bu, üç il əvvəlki göstəricidən iki dəfə azdır.
Yanvar ayından etibarən şirkətə Mixael Lyayters rəhbərlik edəcək. Onun qarşısında genişmiqyaslı restrukturizasiya, həmçinin 1 900 nəfərin işdən azad edilməsi kimi çətin vəzifələr dayanır.
Analitiklər hesab edirlər ki, elektromobil dövründə Porsche brendinin bazarda mövqelərini qoruması getdikcə çətinləşir.
Artıq şirkət Almaniyanın DAX fond indeksindən də çıxarılıb və onun yerini daha sabit müəssisələr tutub.
Musavat.com
27 Oktyabr 2025
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ