İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Serbiyadakı səfiri: “Etirazlar Maydan inqilabı prinsipi ilə həyata keçirilir”

"Serbiyada etirazlar Maydan inqilabı prinsipi ilə keçirilir".

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Moskvanın Belqraddakı diplomatik missiyasının rəhbəri Aleksandr Botsan-Xarçenko bildirib.

“Rusiyanın Belqraddakı səfiri Serbiya lideri Vuçiçlə görüşün təkcə etirazlarla bağlı olmadığını, lakin bu mövzunun söhbət predmetlərindən biri olduğunu söyləyib. Diplomatın fikrincə, Serbiyadakı etiraz aksiyaları Maydan inqilabı prinsipi əsasında planlaşdırılıb və həyata keçirilir”, – yerli agentliyin Telegram kanalında qeyd olunur.

Bildirilir ki, Botsan-Xarçenko Serbiyada başlayan etirazların Qərb tərəfindən dəstəkləndiyini deyib və əlavə edib: "Serbiya prezidentinin ölkədəki etirazların Qərb tərəfindən dəstəkləndiyi barədə məlumatı var, bu məlumatlar təkzibedilməzdir".

Bu gün əvvəl xəbər verildiyi kimi, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Qərb dövlətlərini Maydan çevrilişi üsullarından istifadə edərək Serbiyada vəziyyəti sarsıtmağa cəhd etməkdə ittiham edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR