İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın neft-qaz sənayesində 127 min mütəxəssis çatışmır

Rusiyanın neft-qaz şirkətləri bu ilin 8 ayı ərzində 127 min vakansiya yerləşdirib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 40 faizdən çoxdur.

Musavat.com-un xəbərinə görə, bu barədə məlumatı TASS HeadHunter portalına istinadən paylaşıb.

Xəbərdə bildirilir ki, ən böyük çatışmazlıq sənaye mütəxəssislərində deyil, dönərçilərdə, sürücülərdə, çilingərlərdə, qaynaqçılarda və digər texniki mütəxəssislərdədir. “Görünür, orta texniki mütəxəssislərin hazırlanmaması, bu istiqamətdə təhsilin populyar olmaması öz təsirini göstərir”, - deyə portal yazır.

Maraqlıdır ki, ən çox mütəxəssis çatışmazlığı Moskvadadır, açıq vakansiyaların demək olar ki, 9 faizi Moskva vilayətinin payına düşür. Lakin ən yüksək maaşlar YaNAO-da (97,7 - 172,4 min rubl) və Şərqi Sibirdə (Yakutiya - 160 min rubla qədər, İrkutsk vilayəti - 162 min rubla qədər) təklif olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR