İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın "Lanset" dronu önündəki hədəfi neştər kimi kəsir - ABŞ təsdiq edir

ABŞ dəniz piyadaları korpusunun keçmiş kəşfiyyatçısı Scott Ritter bildirib ki, Ukrayna ordusu Rusiyanın "Lanset" dronlarının öhdəsindən gələ bilmir, çünki bu aparatlar qarşılarına çıxan hər şeyi məhv edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ritter jurnalist Qarland Niksonla müsahibəsində deyib: “Ukraynalıların onu boğmaq və ya vurmaq üçün heç nəyi yoxdur. Bu pilotsuz təyyarələr döyüş meydanını qapayır, mühasirəyə alır və hər şeyi məhv edirlər".

Onun fikrincə, rus qoşunları Ukrayna bölmələrinə qarşı, təkcə canlı qüvvəyə deyil, həm də hərbi texnikaya qarşı "Lanset"lərdən hər gün daha effektiv istifadə edir. Ritter hesab edir ki, Ukrayna ordusunun irəliləyən bölmələri arasında döyüş maşınlarının kəskin çatışmazlığına səbəb məhz "Lanset" olub.

“Ruslar dronların köməyi ilə döyüş meydanında üstünlük əldə edir. Bu texnologiya hər şeyi kökündən dəyişdirir”, - deyə keçmiş kəşfiyyatçı yekunlaşdırıb.

Bundan əvvəl hərbi ekspert Peter Suçiu da "Lanset"i xüsusi əməliyyat zonasında Ukrayna hərbçiləri  üçün əsas təhlükələrdən biri adlandırıb və qeyd edib ki, bu pilotsuz təyyarələr nəinki piyada bölmələrini, həm də zirehli texnikanı, hətta onunla döyüşmək üçün hazırlanmış hava hücumundan müdafiə sistemlərini effektiv şəkildə məhv edir. 

Ukrayna müdafiə nazirinin müşaviri Yuri Sak etiraf edib ki, Ukrayna ordusunun "Lanset"lərlə mübarizə apara bilən Qərb sistemlərinə ciddi ehtiyacı var.

P.S. "Lanset" cərrahların işlətdiyi əməliyyat bıçağı - neştər deməkdir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR