Onlayn ictimai-siyasi qəzet
Rusiyada mağazalar şəbəkəsinə malik olan Kalininqrad kəhrəba kombinatı (“Rostex” qrupuna daxildir) Azərbaycanda ticarət platforması açmağı planlaşdırır.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb.
“Honq-Konq və Azərbaycanda ticarət platformalarının açılması ilə bağlı danışıqlar aparılır”, - məlumatda bildirilir.
Hazırda kombinatın ticarət şəbəkəsi Kalininqrad vilayəti, Moskva və Sankt-Peterburqda yerləşən doqquz mağazadan ibarətdir. Zavod ilk mağazasını Çində açıb.
Qeyd edək ki, 2024-cü ildə 627 ton mineral hasil edilib. Kombinat ildə 150 minə yaxın məhsul istehsal edir. Bu, dünyada xam kəhrəbanın sənaye üsulu ilə çıxarıldığı və ondan zərgərlik və suvenir məhsullarının istehsal olunduğu yeganə müəssisədir.
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ