Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Federal Təhlükəsilik Xidmətinin Sərhəd İdarəsinin Ermənistan-İran sərhədində yerləşən 127-ci sərhəd dəstəsində olub.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.
Diplomatik nümayəndəliyin rəhbərini və onu müşayiət edənləri bölmə rəisi polkovnik A.A.Şerbakov qarşılayıb. Bölmə rəisi, rəhbərlik etdiyi birliyin cari ildəki əməliyyat və xidməti fəaliyyətinin ən mühüm nəticələrini səfirə göstərib. Bunlara sintetik və bitki mənşəli böyük miqdarda narkotik vasitələrin göndərilməsinin qarşısının alınması, Aqarak keçid məntəqəsində dövlət sərhədini pozanların saxlanılması daxildir.
Musavat.com
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ