İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın çöküşü Obamanın o sözü ilə başladı - Yazıçı Ələkbərin məqaləsi

İsveçrədə yaşayan mühacir yazıçı Ələkbər Əliyev maraqlı bir məqalə ilə çıxış edib. Musavat.com həmin məqaləni rəqdim edir:

***

Hər şey on il əvvəl, Obamanın "Rusiya regional gücdür" deməsi ilə başladı. Kimsə etiraz edə bilər ki, yox, Putinin 2007-ci ildəki Münxen çıxışı ilə başladı - Putin Qərbi hədələdi, Rusiyanın super-dövlət olduğunu onlara xatırlatdı və vəziyyət gərginləşdi. Toyuq-yumurta dilemmasına girmədən, öz şəxsi qənaətimi təkrarlayım - Obama Rusiyanı təhqir etdikdən sonra hadisələr indiki məcraya axmağa başladı.

Obamanın sözlərində nə cür bir təhqir vardı? "Rusiya qlobal yox, regional gücdür" demək, Rusiya hakimiyyəti və vətəndaşları nəzərində onların üzünə tüpürməkdən betərdir. Putinin məşhur bir sözü var (şüuaraltı olaraq özünü nəzərdə tutaraq dediyindən əminəm): "Siçovulu qovalayarsan, küncə sıxarsan, axırda sənin təpənə atdanar". Bu gün, Putin həmin siçovuldur. Küncə sıxılmış siçovul.

photo_2022-05-07_13-22-44.jpg (52 KB)

Bir ölkə təsəvvür edin ki, satdığı xammalından və nüvə silahından başqa heç nəyi yoxdur. Sözün həqiqi mənasında heç nəyi. Nə dünyaya, nə də öz vətəndaşlarına təklif edəcəyi heç nəyi. İşıqlı beyinlər, zəka sahibləri, mütəxəssislər ABŞ və digər ölkələrə üz tutur. Silikon vadisi rus qaynayır. Özlərini reallaşdırmaq üçün buna məcburdurlar. Rusiya, çağdaş rus yazar və rejissorların da işarə buyurduğu kimi - nəhəng bir boşluq və mənasızlıqdır. İddiasız qala bilməz, iddiasızlıq intihar deməkdir, yəni iddia olmalıdır. Amma nəyə iddia? Nəyi var? Nə təklif edə bilər? Heç nə.

Özləri də bunu anladıqlarından, dünyaya qəzəblidirlər. Özlərinə də qəzəblidirlər, amma bu qəzəbi də dünyaya, özlərindən başqa hər kəsə proyeksiya edirlər. Karib böhranından sonra, hansı ABŞ prezidentinin dilindən "nüvə silahımız var, atarıq" sözlərini eşitmisiniz? İlk növbədə, eləsini öz vətəndaşları hoydu-hoyduya götürər. "Əlimdə nüvə silahım var, ataram" demək elə bir kosmik düşüklük, elə ağlasığmaz bir infantilizmdir ki, ən ağır cinayətdən də ağır və yolverilməzdir.

Rusiyanın prezidenti, KİV-i, danışan kəllələrinin dəqiqəbaşı nüvə silahına istinad etmələri çılpaq acizliyin ifadəsidir və yəqin ki, səmimi söhbətdə özləri də bunu etiraf edərlər. Prinsipcə, edirlər də. Marqarita Simonyanın sözlərini xatırladım: "Necə yəni biz məğlub oluruq? Görsək məğlub oluruq, gərək nüvəyə əl ataq". Putinin "Rusiyanın olmadığı dünya bizim nəyimizə lazımdır" cümləsi ilə necə də səsləşir. Səmimi söhbətə çəkə biləcəyiniz istənilən rus sizə deyər: "Neynəyim, partlayıram axı. İddia boğur məni, amma heç nəyim yox. Hər şeyim idxaldır, heç nəyə qadir deyiləm. Necə yaşayım bu komplekslə? Ona görə də bütün planeti yox etməyə hazıram..."

Kobud ifadəyə və apokaliptik proqnoza görə pardon, amma biz elə bir p...a keçmişik ki, nəyin bahasına olur olsun bu problem birdəfəlik həllini tapmalıdır. Rusiya bugünkü mövcud halı ilə mövcudiyyətini davam etdirə bilməz. O, yox edilməlidir, ya da hamımız yox olmalıyıq. Bu dünyada Rusiya var ola-ola yaşamaq imkansızdır.

photo_2022-05-07_13-20-39.jpg (119 KB)

Ələkbər Əliyev, Sürix

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR