İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın 4500 sərhədçisi Ermənistanda qalır

“ Svobodnaya pressa”: “İrəvanın onların da çıxarılmasını tələb etməyəcəyinə heç  bir zamanət yoxdur”

Rusiya sərhədçiləri 32 il xidmət etdikləri  “Zvartnots” hava limanını tərk etsələr də, Ermənistan ərazisində Rusiya FTX-nin 4500 nəfəri dörd sərhəd dəstəsində (Gümrü, Armavir, Artaşat və Meğri)qalırlar. Musavat.com bu barədə  “ Svobodnaya pressa”ya istinadən xəbər verir ki,  indi əsas diqqəti 300 km-dən çox olan Ermənistan-Türkiyə sərhədinin qorunmasına yönəlib. 

Rusiya sərhədçiləri Ermənistanla  1992-ci il 30 sentyabr tarixli müqavilənin 8-ci maddəsinə uyğun olaraq  bu ölkənin sərhədlərində yerləşdirilib.  

2525252.JPG (126 KB)

Nəşr yazır ki, Rusiya  sərhədçiləri hələ də Ermənistan ərazisində qalsalar da, rəsmi  İrəvanın onların da çıxarılmasını tələb etməyəcəyinə heç  bir zamanət yoxdur.   “Aydındır ki, qarşıda Rusiya və Ermənistanın arasında bu mövzuda yeni məsləhətləşmələr olacaq.  İstisna deyil ki,  FTX -nın fəaliyyət məkanını əhəmiyyətli dərəcədə yenə daraldılacaq.ABŞ, Avropa İttifaqı və NATO ilə əməkdaşlıq kursu müəyyən edən  Ermənistan Rusiyanın öz ərazisində istənilən mövcudluğunu azaltmaqda maraqlıdır. Doğrudur, FTX-nin direktoru Aleksandr Bortnikov Federasiya Şurasında çıxış edərək bildirib ki, Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədlərini qorumağa davam edəcəklər.  Ancaq bunu  may ayında deyib. İndi Ermənistandan Rusiyaya qarşı qeyri-dost bəyanatların sayı nəzərəçarpacaq dərəcədə artıb. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanda qərbyönlü qüvvələrin  Moskvanın bu ölkədəki təsirini sarsıtmağa çalışdığına diqqət çəkib. Odur ki,  Moskva İrəvanın yeni anti-Rusiya qərarlarına hazır olmalıdır”deyə, məqalədə qeyd olunur.

Yada salaq ki,  “Zvartnots”un təhvil-təslimi Rusiya FTX-nın Ermənistandakı sərhəd idarəsinin rəisi, general-leytenant Roman Qolubitski və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı Edqar Hunanyanın iştirakı ilə rəsmi mərasim keçirilib. Onlar “Zvartnots” sərhəd-keçid məntəqəsində dövlət sərhədinin mühafizəsinin İrəvana verilməsi haqqında protokol imzalayıblar.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR