İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalıların demək olar ki, 16%-i Ukraynaya nüvə zərbəsini dəstəkləyib

Rusiya dövlət təbliğatında Ukraynaya nüvə zərbəsi ideyası rusların şüurunda yeridilməyə başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Russian Field и RTVI kanallarının keçirdiyi soğrular bu tendensiyadan xəbər verir.

Alınan nəticələrə əsasən, Rusiya vətəndaşlarının təxminən 16%-i Ukrayna münaqişəsində nüvə silahından istifadəni dəstəkləyib.
İyunun 16-19-da keçirilən tədqiqatda iştirak edənlərin 73,9%-i “nüvə düyməsinin” istifadəsini birmənalı olaraq “qəbuledilməz” adlandırıb.

Bununla belə, 5,2% “hərbi əməliyyatda məğlubiyyət təhlükəsi yaranarsa” nüvə arqumentindən istifadə oluna biləcəyini bildirib.
Respondentlərin 10,5%-i isə nüvə silahından "istənilən halda" istifadə oluna biləcəyini söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR