İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı qubernator Ukraynada vurulacaq hər “Leopard” tankına görə mükafat vəd edib

 

Rusiyanın Zabaykal diyarının başçısı Ukrayna tanklarının ələ keçirilməsinə görə büdcədən külli miqdarda pul ayırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı qubernator Aleksandr Osipov yanvarın 27-də fərman imzalayıb.

Onun sözlərinə görə, bölgədən Ukrayna cəbhəsinə gedən hərbçilər ələ keçən hər “Leopard”a görə 3 milyon rubl (təxminən 43 min dollar), onların məhv edilməsi üçün isə 1 milyon rubl (14 min 400 dollar) mükafat alacaqlar. Qubernator Osipov ABŞ “Abrams”larını daha aşağı qiymətləndirib: tutulma 1,5 milyon rubl (21 min 460 dollar), məhv edilməsi - 500 min rubl (7200 dollar). .

Qubernator bölgənin Sosial siyasət nazirliyinə ödənişlər üçün zəruri olan qərar layihəsini hazırlamağı tapşırıb.

Qeyd edək ki, Zabaykal diyarının 2023-cü il büdcəsi 7,3 milyard rubl kəsirlə qəbul edilib ki, bu da regionun bütün illik xərclərini ödəməyə kifayət etmir. Yerli dövlət işçiləri mütəmadi olaraq maaşların azlığından şikayətlənirlər, buna görə də bölgədə həkim və müəllim çatışmazlığı fəlakət dərəcəsinə gəlib çatıb. Paytaxt Çitada məktəb və uşaq bağçaları çatışmır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR