İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı politoloqdan iddia: "Putin ağır xəstədir, ətrafı da bunu bilir"

Putinin üç diaqnozu var. Artıq təhlükəsizlik qüvvələri prezidenti fəaliyyətsiz adlandırır və cəbhədə yeni məğlubiyyətlər olarsa, ona xəyanət edə bilərlər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir iddia rusiyalı politoloq Valeri Solovey tərəfindən səslənib.

Onun sözlərinə görə, bu yaxınlarda Rusiyadan qaçan Federal Mühafizə Xidmətinin zabiti (Qleb Karakulov-red.) prezidentin səhhətindəki problemlər barədə məlumatı təsdiqləyib.

Ukryna cəbhəsində ilk uğursuzluqlardan sonra Putin klinikaya yerləşdirilib. Ona üç diaqnoz qoyulub. İlk ikisi ölümcül deyil - biri Parkinson xəstəliyidir, yeri gəlmişkən, bu xəstəlik Çin dərmanları ilə müalicə olunur. İkinci diaqnoz onun psixi vəziyyəti ilə bağlıdır və bu, məişət anlamında deyil, ciddi tibbi bir problemdir. Üçüncü diaqnoz, ölümcül, ağır onkoloji xəstəliklə əlqədardır. Eksperimental dərmanlar və ən son müalicə üsulları sayəsində Putin sağ qala bilib”,-deyə Solovey bildirib.

Politoloqun iddiasına görə, Putinə hələ 2019-cu ildə xərçəng diaqnozu qoyulub. O, İsrail həkimləri tərəfindən müalicə olunur ki, bu da “Rusiya-İsrail münasibətlərinin xarakterinə böyük təsir göstərir”.

Prezidentin vəziyyəti onun ətrafını narahat edir. “Onlar üçün əsas təhlükə onun fəaliyyət qabiliyyətini itirməsidir. Yəni ictimaiyyət qarşısında görünməməsi, danışa bilməməsi, səhv qərarlar qəbul etməsi….və s. Əgər bir insan güclü stimulantların təsiri altındadırsa, bu qərarların necə olacağı indidən aydındır”,-deyə Solovey bildirib.

Rusyalı ekspertin bildirdiyinə görə, “Rusiya elitasının əksəriyyəti heç nə edə bilmir, lakin çox radikal qərarlar verə biləck təhlükəsizlik orqanlarının işçi qrupları var. “Onların nöqteyi-nəzərindən prezident həm ölkəni, həm də onları çıxılmaz vəziyyətə salıb. Və düşünürlər - niyə onun hesabına çıxış yolu tapmayasan?”,-deyə Valeri Solovey maraqlı iddia irəli sürüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR