İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı MN Ukraynadakı müharibənin ikinci mərhələsinin hədəflərini açıqlayıb

Rusiya Ordusu xüsusi əməliyyatın ikinci mərhələsində Donbas regionu üzərində nəzarəti tam ələ keçirməlidir.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəz Hərbi Dairəsinin komandan müavini, general-mayor Rüstəm Minnekayev açıqlama verib.

“Xüsusi əməliyyatın təxminən 2 gün əvvəl başlayan fazasında Rusiya Ordusunun əsas hədəflərindən biri Donbas və Cənubi Ukrayna üzərində tam nəzarətin əldə olunmasıdır”, - o qeyd edib.

Minnekayev Rusiyanın Donbas üzərindən Krımla quru əlaqəsi yaratmaq istədiyini, Ukraynanın cənubunu nəzarətə almaqla, Dnestryanıya çıxış əldə edəcəklərini qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR