İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı jurnalist Vardanyandan yazdı: "Rubenin həbsində onun əli ola bilər..."  

 

 

Rusiyalı jurnalist, TNT kanalının rəhbəri Tina Kandelaki Ruben Vardanyan barədə paylaşım edib.

Musavat.com xəbər verir ki, o şəxsi bloqunda yazıb:

"Dostlar, söz verdiyim kimi əziz dostum Ruben Vardanyanla bağlı mövzunu davam etdirirəm. Bu, məni getdikcə daha çox narahat edir. Azərbaycan məhkəməsi Rubeni 4 ay müddətinə həbs edib.

Hələlik o, yalnız terrorizmi maliyyələşdirməkdə ittiham olunur, lakin aydındır ki, əlavə ittihamların olacağı istisna deyil”.

T.Kandelaki yazıb ki, Ruben təkcə erməni xalqının gücünün simvolu deyil, o, uzun müddət ərzində Qafqazda Rusiya siyasətinin sütunlarından biri olub:

"Paşinyan və ona sadiq olan xüsusi xidmət orqanlarının bir hissəsi Rubenin həbsində fəal rol oynasalar, təəccüblənmərəm. Paşinyan Ermənistanın bir hissəsini Azərbaycana bağışlayıb. İstədiyiniz kimi adlandıra bilərsiniz-"hesabı bağladı", imtina etdi. Mənim üçün isə bu, xəyanətdir. Qorumadı, kömək etmədi, heç cəhd də etmədi, satdı.

İndi Ermənistanın başına nə gələcək? Qarabağı təslim etdi, xalqı təslim etməyə başladı, sonra inancınımı təslim edəcək? 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR