İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı ekspertdən qızışdırıcı sual: İrəvan nəyin müqabilində Dağlıq Qarabağı təslim edir?

“Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması ilə bağlı sənəd tezliklə imzalana bilər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu sözlər rusiyalı politoloq, Yaxın Şərq və Qafqaz problemləri üzrə ekspert Stanislav Tarasov tərəfindən səslənib.

Tarasovun sözlərinə görə, hazırda Laçın dəhlizində gedən proseslər Rusiyanın oyunu deyil.

“Rusiya hər şeyi etdi: 9 noyabr bəyanatı, cəmi üç bəyanat, sərhədin delimitasiyası ilə bağlı danışıqlar, Putinin vasitəçiliyi ilə keçirilən görüş. İrəvan isə Qərbin tövsiyələri ilə müstəqil prosesə getdi. Bundan sonra Ermənistan sülh müqaviləsinin şərtlərini müzakirə etmək üçün Moskvada keçiriləcək üçtərəfli görüşə gəlmədi. Daha sonra İrəvan Münhen konfransında Blinkenin iştirakı ilə müzakirə olunan sülh müqaviləsi layihəsini Bakıya göndərdi. Azərbaycan hətta sazişin özündə Dağlıq Qarabağ terminindən istifadə etmək istəmir. Çünki artıq Ermənistan Dağlıq Qarabağı Azərbaycanın daxili problemi kimi tanıyır. Sadəcə olaraq, İrəvan Dağlıq Qarabağı müəyyən şərtlərlə təslim edir. Bəs Ermənistan bunun müqabilində nə alacaq? Bilinmir”, - deyə rusiyalı politoloq bildirib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR