İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı alimdən Ermənistana xəbərdarlıqlar

Ermənistan anlamalıdır ki, o, dialoqun tərəfidir. Ətrafındakı insan heç nə hiss etməyəndə başını divara çırpa bilər.

Musavat.com bildirir ki, bunu tarix elmləri doktoru, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti Fyodor Qayda Ermənistan mediasına müsahibəsində deyib.

Rusiyalı alim deyib ki, biz bütün maraqları nəzərə almağı öyrənməli, bütün tərəfləri eşitməyə çalışmalıyıq.

“Yalnız bundan sonra hansısa perspektiv var, əks halda perspektiv yoxdur. Nəyisə xilas etmək üçün harada olduğumuzu başa düşməliyik”. F.Qayda Zəngəzur dəhlizi ilə bağlı reallıqları da xatırladıb. “Dəhlizlə bağlı söhbət, təbii ki, Ermənistan yurisdiksiyası saxlanılmaqla, gec-tez aparılacaq. Nəticə ondan ibarətdir ki, Ermənistan və Rusiya Azərbaycanla Türkiyə arasında nəqliyyat əlaqəsini təmin edir və Ermənistan Qarabağdakı erməni əhalisinə münasibətdə bunun üçün təminat alır. Bütün bunların qarantı Rusiyadır”- deyə tarixçi bildirib.

O iddia edib ki, Azərbaycanın yeganə marağı Qarabağla bağlı deyil. “Ola bilsin ki, Azərbaycan Türkiyə ilə hansısa nəqliyyat əlaqəsinin olmasını istərdi. Biz hələ ki, ekstraterritorial dəhlizdən danışmırıq, hələ də Ermənistan yurisdiksiyasını saxlamaqdan danışırıq, amma nəzərə almalıyıq ki, iştah yeməklə gəlir. Danışıqlar apara bilməməklə və münaqişə davam etdikcə tələblər arta bilər. Bu halda region elədir ki, tələblər sonsuza qədər arta bilər. Bunu nəzərə almaq lazımdır. Buna görə də, tərəflər danışıqlara nə qədər tez başlasa, bu, hamı üçün bir o qədər yaxşı olar, əks halda çox şey baş verə bilər”-rusiyalı alim əlavə edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR