Onlayn ictimai-siyasi qəzet
"Ukrayna ordusunun Kursk əməliyyatı davam edir. Bu gün Kursk vilayətində Rusiyanın Ka-52 "Alliqator" vertolyotu məhv edilib. Əməliyyatın ilk günündə də bu tip vetrtolyot vurulmuşdu. Gecə isə Krımda Rusiyanın KS-701 "Tunets" tipli sürət kateri Ukraynaya məxsus "Magura V5" su dronu tərəfindən vurulub. Bundan başqa, Qara dənizdə Rusiyaya məxsus qaz platformalarından biri partladılıb".
Musavat.com bildirir ki, bu barədə siyasi şərhçi Şahin Cəfərli bildirib.
O qeyd edir ki, əməliyyatın 4-cü günüdür və Rusiya komandanlığı bölgəyə əlavə qüvvələr göndərsə də, vəziyyəti dəyişməyə hələ ki müvəffəq ola bilməyib:
"Donbas-Zaporojye-Xerson cəbhə xəttindən bəzi döyüş qabiliyyətli hərbi birləşmələrin çıxarılaraq Kurska göndərildiyi barədə təsdiq olunmamış məlumatlar var. Artıq Moskvada etiraflar səslənir ki, ukraynalıları tutduqları ərazidən çıxarmaq çox çətin olacaq. Bu barədə Dövlət Dumasının deputatı, general Qurulyov bu cür açıqlama verib.
Vəziyyətlə bağlı ilk dəqiq rəsmi açıqlama isə müharibə aparan tərəflərdən yox, Aleksandr Lukaşenkodan gəlİb. Lukaşenko bu gün bildirib ki, Ukrayna ordusu Kurskda 30-35 km irəliləyib".
Şahin Cəfərlinin fikrincə, Belarus liderinin istirahət günü çıxıb açıqlama verməsi Moskvanın təzyiqləri ilə bağlıdır. "Rusiya tərəfi Belarus-Ukrayna sərhədində yenidən gərginlik yaratmaq istəyir ki, Ukrayna komandanlığı Kiyevə hücum təhlükəsi səbəbindən orada böyük qüvvə saxlamağa məcbur olsun və həmin qüvvələri cəbhəyə atmasın. "Batka"nın Ukraynanı Belarus hava məkanını pozmaqda ittiham etməsi bu baxımdan təsadüf deyil", deyə siyasi şərhçi bildirib.
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ