İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Ermənistana pulköçürmələri ikiqat azalıb

2024-cü ilin yanvar-mart aylarında Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 50 faiz azalıb.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə aprelin 30-da jurnalistlərlə görüşündə Ermənistan Mərkəzi Bankının pul siyasəti departamentinin rəhbəri Hayk Avetisyan bildirib.

Xatırladaq ki, 2023-cü ilin yanvar-martında Rusiyadan Ermənistana 1,2 milyard dollar köçürülmüşdü.

Avetisyan əmin edib ki, tendensiya pul sistemindəki problemlərdən daha çox iqtisadi amillərlə (əmək haqqı fərqləri (Ermənistan və Rusiyada - red.), miqrasiya axını) bağlıdır.

Onun sözlərinə görə, 2024-cü ilin yanvar-mart aylarında Ermənistandan ABŞ-a pulköçürmələrin həcmi Rusiyaya olan köçürmələrin həcminə bərabər olub.

Ermənistan Mərkəzi Bankının sədri Martın Qalstyan da öz növbəsində əlavə edib ki, Rusiyadan Ermənistana pul köçürmələrinin həcminin azalması qismən ödəniş sistemlərinin (Mir kart - red.) fəaliyyəti ilə bağlı ola bilər: “Ancaq daha təsirli amillər var, xüsusən də bu köçürmələrə ciddi təsir göstərən geosiyasi, iqtisadi amillər. Ermənistandan olan bir çox əmək miqrantı ölkədə qalmağa üstünlük verir, çünki Ermənistan və Rusiyada maaş fərqi azalır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR