İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan dünyaya ŞOK MESAJ - Qitələrarası ballistik raket təlimi BAŞLADI

Rusiyanın strateji raket qüvvələri döyüş hazırlığı üzrə təlimlərə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlimat yayıb.

Bildirilib ki, ümumilikdə 3 bölgədə keçiriləcək təlimdə “Yars” qitələrarası ballistik raketləri, 3000-dən çox əsgər və 300-ə yaxın texnika iştirak edir. Təlimin Rusiya ordusunun digər bölmələri, o cümlədən Hava-Kosmik Qüvvələri ilə birlikdə həyata keçiriləcəyi və pilotsuz uçuş aparatlarından istifadənin təlimin mühüm tərkib hissəsi olacağı vurğulanıb.

Rusiya MN-nin məlumatında qeyd olunub ki, təlimdə əsgərlərin ümumi döyüş hazırlığı səviyyəsi, müasir silah və xüsusi texnikanın imkanları qiymətləndiriləcək.

Qeyd edək ki, nüvə başlıqları daşıya bilən "Yars" raketləri 12 min kilometr mənzilə malikdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR