İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan Azərbaycana gəldilər, bu səbəbdən saxlanıldılar

Heydər Əliyev Beynəlxalq Hava Limanında Rusiya vətəndaşı olan azərbaycanlılar saxlanılıb.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, təyyarə ilə Azərbaycana gələn 1990-cı il təvəllüdlü Elvin Valeh oğlu Səfərov sərhədçilər tərəfindən saxlanılaraq Hava Nəqliyatında Polis İdarəsinə verilib. Onun borclu qismində axtarışda olduğu məlum olub.

Bundan başqa Bakıya gələn Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Tamerlan Rövşən oğlu Mamedov da saxlanılaraq polis idarəsinə təqdim edilib. Bildirilib ki, o, istiqamətləndirici məktub əsasında saxlanılıb.

Qeyd edək ki, son günlərdə Rusiyada qismən hərbi səfərbərliyin elan edilməsi ilə əlaqədar bu ölkədə yaşayan və Rusiya vətəndaşı olan şəxslərin doğulduqları ölkələrə axını müşahidə edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR