İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan 19 ölkə ilə bağlı VACİB QƏRAR - Martın 5-dən...

Rusiyanın baş naziri Mixail Mişustin Türkiyə də daxil olmaqla 19 ölkənin vətəndaşlarına yalnız mehmanxana və ya digər yerləşdirmə obyektlərinin rezervasiyası əsasında 6 aya qədər çoxdəfəlik turist vizası almaq hüququ verən fərman imzalayıb.

Musavat.com xəbər verir ki, fərman Rusiya hökumətinin rəsmi saytında dərc olunub.

Qərara əsasən, Bəhreyn, Bruney, Hindistan, İndoneziya, İran, Kamboca, Çin, Şimali Koreya, Küveyt, Laos, Malayziya, Meksika, Myanma, Oman, Səudiyyə Ərəbistanı, Serbiya, Tayland, Türkiyə və Filippin qeydiyyatdan keçmiş Rusiya otellərində etdikləri rezervasiyalarla 6 aylıq çoxgirişli Rusiya vizası ala biləcəklər.

Qərarın martın 5-dən qüvvəyə minəcəyi vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR