Onlayn ictimai-siyasi qəzet
Qarabağdakı erməni separatçılarının oyuncaq “xarici işlər naziri” David Babayan “artsax”ın Rusiya Federasiyasındakı nümayəndəliyinin bağlanması xəbərini təkzib edib.
Musavat.com bununla bağlı erməni mediasına istinadən xəbər verir.
David Babayan nümayəndəliyin qarşıdan gələn günlərdə bağlanacağı haqda yayılan məlumatın doğru olmadığını deyib.
Bundan əvvəl “Hraparak” qəzeti yazıb ki, 1990-cı illərdən fəaliyyət göstərən “artsax”ın Rusiyadakı “daimi nümayəndəliyi” tezliklə bağlanacaq.
Özünü vasitəçi adlandıran ölkədə 32 il ərzində separatçıların “daimi nümayəndəliyinin” olması faktı sıradan məsələ deyil. Xüsusilə də Azərbaycanla müttəfiqlik sazişi imzalanmasından və qarşılıqlı şəkildə öhdəliklər götürülməsundən sonra bu separatçı yuvanın saxlanması heç cür qəbulolunmazdır. Şübhə etmirik ki, Babayandan müsahibə götürən Solovyovu peşiman edən və üzr istəmək məcburiyyətində qoyan Azərbaycan dövləti Rusiyadakı təxribatçı yuvanın da dağıdılması üçün lazımi addımlar atacaq.
Musavat.com
23 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ