İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadakı azərbaycanlı miqrantlara BÖYÜK ZƏRBƏ - "Geri qayıdacaqlar"

Xəbər verdiyimiz kimi, Rusiya ərazisinə daxil olan əmək miqrantlarının depozit qoymağa məcbur edilməsi təklif olunur. Bu təklif qəbul olunarsa, azərbaycanlı miqrantlara necə təsir edə bilər?

Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, Rusiyada miqrasiya ilə bağlı qanunvericilik getdikcə daha da sərtləşir:



“Rusiya hökuməti ölkə daxilindəki sosial-iqtisadi problemlərin səbəbini miqrantlarda görmək istəyir. Yaxın gələcəkdə Rusiyaya gedərək orada işləmək daha da çətinləşəcək, qanunlar sərtləşəcək. Buna hazır olmaq lazımdır”.

Ekspert əlavə edib ki, bu proses bəzi miqrantların Azərbaycana qayıtması ilə nəticələnə bilər:

“Bu vəziyyəti problem yox, fürsət kimi dəyərləndirmək lazımdır. Azərbaycanda daha çox iş yerləri yaradılmalıdır ki, geri dönənlər də ölkə iqtisadiyyatına öz töhfələrini verə bilsinlər”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR