İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada taxıl istehsalında ciddi azalma 

Avqustun 14-dək Rusiyada dənli və paxlalı bitkilərin yığımı 73,5 milyon ton təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Rusiya Kənd Təsərrüfatı Nazirliyi açıqlayıb.

Məlumatdan aydın olur ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz və ya 8,2 milyon ton azdır.

Qeyd olunan dövrədək 22,5 milyon hektar sahədə taxıl biçilib və bu, ümumi sahənin 46,9 faizini təşkil edir. Göstərici ötən illə müqayisədə 116,6 min hektar çoxdur. Bu il məhsuldarlıq aşağıdır - bir il əvvəlki 36,7 sentner/ha ilə müqayisədə 32,7 sentner.

Yığılan məhsulun 59,8 milyon tonu buğdadır, bu da ötən illə müqayisədə 3,2 milyon ton azdır. 17,1 milyon hektardan (57,5 faiz) məhsul yığılıb ki, bu da ötən illə müqayisədə demək olar ki, 1,3 milyon hektar çoxdur. Lakin məhsuldarlıq xeyli aşağıdır - 50,9 s/ha-ya qarşı 39,8 s/ha. 184,8 min ton bərk buğda toplanıb, məhsuldarlıq 15,1 s/ha olub. İndiyədək 881,2 min hektar əkin sahəsinin 122,1 min hektarı biçilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR