İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada səmada naməlum obyekt görünüb

Leninqrad vilayətində Sosnovıy Bor şəhəri üzərində səmada naməlum obyekt müşahidə edilib.

Musavat.com xəbər verir ki, bu barədə Shot Telegram kanalında məlumat verilib.

Nəşrin məlumatına görə, Rusiya regionunda “Rejim” siqnalı elan edilib. Bu, hava məkanından istifadə prosedurunun pozulmasının dayandırılması tələbidir.

Ehtimallara görə, kiçik ölçülü bir şar təxminən 10 min metr yüksəklikdə saatda 200 kilometr sürətlə hərəkət edir.

Mash Telegram kanalı xəbər verir ki, Sosnovıy Bor ərazisində Rusiyada ən böyük olan Leninqrad AES var. Nəşrin məlumatına görə, hava şarı Avropadan göndərilib.

Leninqrad vilayətinin hakimiyyət orqanlarından hələlik rəsmi şərhlər alınmayıb.

Fevralın 28-də Sankt-Peterburqun Pulkovo hava limanı üzərində səma naməlum uçan obyektə görə bağlanıb. Daha sonra obyekt şimal paytaxtdan 160-200 kilometr aralıda görünüb.

Daha sonra Rusiya Müdafiə Nazirliyi izah edib ki, Sankt-Peterburq səmasının bağlanması təlimlərlə bağlı olub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR