İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada səfərbərliyə cəlb olunanlar qiyam qaldırdı - VİDEO

Rusiya Federasiyasının Tomsk vilayətində səfərbərliyə cəlb olunanlar açıq şəkildə komandirlərinə qarşı çıxıblar.

Musavat.com xəbər verir ki, bu barədə “Baza” telegram kanalı videogörüntülər yayımlayıb.

Hərbçilərin dediyinə görə, onlar oktyabrın 26-dan poliqonda tutulurlar. Burada onlara əvvəlcə ərazi müdafiəsinə cəlb olunacaqları söylənilib.
Lakin sonradan məlum olub ki, onlar “həmlə qrupu”na (yəni hücumda ən öndə gedən-red.) təyin olunublar. Lakin səfəbərlikliklə gələnlər iki həftə ərzində "hətta avtomat və pulemyotu görmədiklərini" qeyd edirlər.

Videonun özü, ehtimal ki, Yelan qəsəbəsindəki poliqonda çəkilib. Çünki Tomsk vilayətindən səfərbər olunanlar məhz oraya göndərilir.

“Zabitlər yalandan deyirlər ki, biz müdafiədə olacağıq. Lakin bizi həmlə qrupunda atıcı bölməyə salıblar. İki həftədir avtomatın üzünü belə görməmişik. Belə zabitlərlə necə mübarizə aparmaq olar? Bizi orada, Ukraynada satacaqlar”, - deyə, əsgərlərdən biri videoda danışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR